Kəlbəcərdə itkin düşən 11 yaşlı Yaqubun meyiti tapılıb
12 iyul 2027-ci il tarixində Levçay çayının Kəlbəcər rayonu, Çəpli kəndindən keçən hissəsində batan 2015-ci il təvəllüdlü Abutalıbov Yaqub Zabil oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə FHN-dən BAKU.WS-ə bildirilib.
***
Kəlbəcər rayonunda çaydan su götürərkən sel sularına düşərək itkin düşən uşağın axtarışları davam edir.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə itkin düşən şəxsin yaxınları məlumat veriblər.
Bildirilib ki, hadisə 4 gün əvvəl baş verib. Kəlbəcər rayon sakini Abıtalıbov Yaqub Zabil oğlu çaydan su götürmək istəyərkən qəfil sel sularına düşərək itib.
Yaxınlarının sözlərinə görə, hadisədən dərhal sonra aidiyyəti qurumlara məlumat verilib.
Oxşar xəbərlər
Bakıda açıq ərazidə yanğın başlayıb
Bakıda açıq ərazidə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səm...