Kəlbəcərdə qəzada yaralanan şəxs Bakıda öldü
17
mar
2024
12:58
Martın 13-ü Kəlbəcər rayonunda qəzada yaralanan şəxs Bakıda xəstəxanada vəfat edib.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Əhmədov Lətif Suriddin oğlu idarə etdiyi “HOVO” markalı yük avtomobili ilə Kəlbəcər rayonu, Yanşaq kəndi ərazisində hərəkətdə olarkən idarə etməni itirməsi nəticəsində yoldan çıxaraq müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
O, ötən gün müalicə aldığı Bakı şəhərində yerləşən 1 nömrəli Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.
Hazırda faktla bağlı Kəlbəcər RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...