Keçmiş prokurorun oğlu "patı" satarkən yaxalandı

Keçmiş prokurorun oğlu patı satarkən yaxalandı
Hadisə 3393

Qubanın polisə müqavimət göstərərək qaçan keçmiş prokurorunun oğlu ilə bağlı Baş Prokurorluq rəsmi açıqlama yayıb.

BAKU.WS xəbər verir ki, qurumun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir:

"Bəzi kütləvi informasiya vasitələrində Quba rayonunun keçmiş prokuroru Rafiq Abbasovun oğlunin narkotik vasitələrin satışını həyata keçirən zaman saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib hadisə yerindən qaçması barədə məlumatlar dərc edilib.

Bununla bağlı qeyd edirik ki, Quba Rayon Prokurorluğunda Rafiq Abbasov adlı şəxs prokuror və ya hər-hansı digər vəzifədə işləməyib.

Bu cür dəqiqləşdirilməmiş məlumatların yayılmasını təəsüf hissi ilə qeyd etməklə, gələcəkdə qeyri-dəqiq informasiyanın ictimailəşdirilməsinin yol verilməzliyi kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılır".

Qeyd edək ki, Rauf Abbasov Qubanın keçmiş prokuroru Rafiq Abbasovun oğludur. “Yırtıcı Rauf” ləqəbi ilə tanınan Rauf Abbasov və digər şəxslər “patı” adlanan metamfetamin, heroin və tiryək satarkən yaxalansa da sonradan polisə bıçaqla müqavimət göstəriblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər