Keçmiş məhkumlardan 5 minlik oğurluq

Keçmiş məhkumlardan 5 minlik oğurluq
Hadisə 268
Göygöl rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust ayında rayonun Hacıməlik qəsəbəsindəki evdən oğurluq edən şəxslər saxlanılıb.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Rəşad Ələkbərov və 37 yaşlı Ülvi Novruzov avqust ayının 27-də rayonun Hacıməlik qəsəbəsindəki evlərdən birinə gizli yolla daxil olublar.Oradan ümumi dəyəri 5000 manat olan müxtəlif növ qızıl zinət əşyası, 400 manat nağd pulu və ümumi dəyəri 400 manat olan 3 ədəd mobil telefonu oğurlayıblar.R.Ələkəbərov və Ü.Novruzov saxlanılaraq maddi sübutla birlikdə istintaqa təhvil verilib.Onların Gəncə şəhərində də bir neçə anoloji cinayət hadisəsi törətdiyi ehtimal olunduğundan faktla bağlı araşdırmalar davam etdirilir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda yeniyetmə evdən 20000 manatlıq oğurluq etdi

Bakıda yeniyetmə evdən 20000 manatlıq oğurluq etdi

Bakıda 5000 manat və 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Bi...

434 Hadisə 12:57 20 sentyabr 2019

Son xəbərlər