Keçmiş məhkumlar Masallı sakinini hədələyib, taladılar
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda taksidə quldurluq hadisəsi olub.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə iyulun 26-da saat 23 radələrində Xocəsən qəsəbəsi ərazisində "Tofaş" markalı taksidə 3 nəfərin Masallı rayon sakini Ş.Əliyevi bıçaqla hədələyib içərisində pulu və sənədi olan pul qabısı quldurluq yolu ilə talamaları və avtomobildən düşürmələri barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Abşeron rayon sakini K.Quliyev, Sabirabad rayon sakini A.Həsənov və Bərdə rayon sakini S.Kərimova müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıt sakinini döyərək taladılar
Sumqayıtda quldurluq olub. Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə iyulun...