Kart hesabını yoxlamaq istəyən yaşlı kişini talamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvarda kart hesabını yoxlamaq istəyən 73 yaşlı kişini talamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.
BAKU.WS xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə əməli törətmiş 2006-cı il təvəllüdlü C.Ağayev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, kart sahibi bankomata yaxınlaşaraq digər bir şəxslə birlikdə hesabındakı məbləği öyrənmək istəyib. Bu zaman səhvən hesabdan pul çıxarsalar da bundan xəbərsiz olduqları üçün məbləğ çıxmadan oradan uzaqlaşıblar. Kənarda dayanıb baş verənləri müşahidə edən yeniyetmə isə çıxan məbləği oğurlayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Beş ilin qisası: Dünya çempionunun CİNAYƏT İŞİ + FOTO
2018-ci il iyulun 3-də Ukraynanın Kiyev şəhəri Bolşaya Vasilkovskaya küçəsində kosmetika mağazasının qarşısında Azərbaycan vətəndaşı 1986-cı il təvəllüdlü Davud...