Jurnalistlərin binasındakı mənzillər satışa çıxarıldı - FOTO

Jurnalistlərin binasındakı mənzillər satışa çıxarıldı - FOTO
Foto
Hadisə 784

Respublika Baş Prokurorluğu jurnalistlərin binası ilə bağlı araşdırmaya başladıqdan sonra sakinlər tərəfindən mənzillərin satışa çıxarılması prosesi sürətlənib.

BAKU.WS “Yeni Sabah”-a istinadla xəbər verir ki, son günlərdə sözügedən binadan bir neçə mənzil sahibi tərəfindən satılır. Onların bir hissəsi alqı-satqı saytlarına yerləşdirilib.

Xatırladaq ki, jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb. Müraciətə imza atan 31 media işçisi ayrı-ayrılıqda idarədə dindirilir.

Korrupsiya idarəsinə çağırılan jurnalistlər prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanmasını istəyirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Baş prokuror əməliyyat müşavirəsi keçirib

Baş prokuror əməliyyat müşavirəsi keçirib

Yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əm...

2518 Hadisə 19:14 04 yanvar 2019

Son xəbərlər