Jurnalistlərin binalarında elektrik enerjisi kəsilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında "Jurnalistlərin binası"nda elektrik enerjisinin təchizatı dayanıb.
Bu barədə BAKU.WS-ə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
O bildirib ki, kəsintiyə səbəb texniki qəzadır: "Səbail rayonu ərazisində "Azərişığa"a məxsus yüksəkgərginlikli xətdə texniki qəza baş verib. Nəticədə həmin xətdən qidalanan 3 yarımstansiyada (102, 105 və 108 saylı) elektrik enejisi təchizatı dayanıb.
Həmin yarımstansiyalardan ikisi də Bayıl ərazisində "Jurnalistlərin binası"dır. Hazırda əməkdaşlarımızdan ibarət bir neçə briqada ərazidə çalışır. Qarşıdakı saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq".
Oxşar xəbərlər
TƏCİLİ! Bakının ən böyük Elektrik Stansiyasında yanğın – YENİLƏNİB, VİDEO
Elektrik Stansiyasında başlayan yanğın artıq söndürülüb. Hadisənin stansiyada mazut çənində qeydə alındığı məlum olub.Məsələ ilə əlaqədar “Azərişıq” ASC-nin mət...