Jurnalist yanğına görə restoranı ittiham etdi

Jurnalist yanğına görə restoranı ittiham etdi
Hadisə 32

Ötən gecə Yasamal rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın zamanı həmin binanın sakinlərindən biri olan tanınmış hərbi jurnalist Heydər Mirzə də təhlükə ilə üzləşib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, jurnalist hadisə baş verən anda dostu ilə birlikdə binanın on ikinci mərtəbəsindəki mənzilində olub. O yanğın anından video görüntülər paylaşıb və mənzilə müxtəlif yerlərdən tüstü daxil olduğunu bildirib. Jurnalist dördüncü mərtəbəyə qədər enə bildiklərini lakin tüstü səbəbindən çətinliklə yenidən mənzilə qayıtmağa məcbur olduqlarını qeyd edib.

Heydər Mirzə vəziyyəti təsvir edərkən pişiklərinin harada gizləndiyini tapa bilmədiyini də bildirib. O üç nəfərin həyatını itirməsi və çox sayda insanın tüstüdən təsirlənməsi ilə nəticələnən hadisəyə görə binanın altında fəaliyyət göstərən LOFT adlı restoranı məsuliyyətli hesab etdiyini iddia edib. Jurnalist qeyd edib ki, hadisə zamanı alov görünməyib və binanın şaxtasından yayılan güclü tüstü dəhlizləri bürüyüb.

Onun sözlərinə görə həmin restoran binanın qarajının bir hissəsini zəbt edir və əlavə olaraq başqa qanunsuz fəaliyyətlərlə məşğul olduğu iddia olunur.

Heydər Mirzə məsələ ilə bağlı bir müddət əvvəl Yasamal Rayon Məhkəməsinə müraciət etdiklərini və birinci instansiya məhkəməsinin restoranın xeyrinə qərar verdiyi üçün sakinlərin apellyasiya şikayəti hazırladıqlarını bildirib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Son xəbərlər