Jurnalist Səbuhi Məmmədli xəstəxanaya YERLƏŞDİRİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış jurnalist, Lent.az saytının əməkdaşı Səbuhi Məmmədli xəstəxanaya yerləşdirilib.
BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, S.Məmmədli Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yatırılıb. Ona yüksək şəkərli diabet və kəskin ürək çatışmazlığı diaqnozu qoyulub.
Hazırda xəstəxanada müalicə olunan jurnalist vəziyyətinin qənaətbəxş olmadığını vurğulayıb.
S.Məmmədlinin sözlərinə görə, Mətbuat Şurasının ötən şənbə keçirilmiş VIII qurultayının nümayəndəsi olsa da, həmin gün xəstəxanaya yerləşdirilməsi səbəbindən tədbirə qatıla bilməyib.
Jurnalist hazırda intensiv müalicə aldığını söyləyib. Həmkarımız TƏBİB-dən və xəstəxanadan böyük qayğı gördüyünü də sözlərinə əlavə edib.
Oxşar xəbərlər
Qardaşı arvadına 11 bıçaq vurdu: Xəyanət, yalan... - DƏHŞƏTLİ QƏTLİN İZİ İLƏ
Bakıda kişinin qardaşı arvadını öldürməsi ilə bağlı cinayət işinin təfərrüatları məlum olub. BAKU.WS xəbər verir ki, lent.az sözügedən dəhşətli qətlin istintaq...