Jurnalist Əvəz Zeynallı iş adamının ailəsini şantaj edir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şənbə günü, sentyabrın 3-də jurnalist Əvəz Zeynallı həbsdə olan iş adamının ailəsindən 20 min manat pul tələb etməyə başlayıb.
BAKU.WS “haqqin.az”a istinadən xəbər verir ki, Ə.Zeynallı həbsdə olan iş adamının ailəsinə və övladlarına böhtan atıb.
Ə.Zeynallı iş adamını tənqid etməkdən əl çəkəcəyi müqabilində onun yaxın adamlarından pul almağa nail olub. Lakin Ə.Zeynallı üzərinə düşən öhdəliyi pozub. Pul mükafatı aldıqdan sonra o, iş adamını təhqir və tənqid etməyə davam edib. Buna cavab olaraq iş adamının yaxın qohumları pullarını geri tələb ediblər.
Jurnalist isə buna cavab olaraq bəyan edib ki, o, biznesmeni tənqid deyil, təbliğ edib. Biznesmenin “qurban” obrazını yaradıb və bu işi davam etdirəcək. Amma qarşı tərəf etiraz edərsə, razılaşdırılmış məbləği qaytara bilər.
Əvəz Zeynallının söhbətini diqqətinizə təqdim edirik.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...