İtlərin hücumuna məruz qalan məktəbli DANIŞDI: "Üstümə gəldi, sığallamaq istəyirdim"
Yeniliklərdən dərhal xəbərdar olun
5-ci sinifdə oxuyan oğlunu məktəbə yola salan anaya bir müddət sonra zəng gəlir. 11 yaşlı uşağının məktəbə çatmamış itlərin hücumuna məruz qaldığını öyrənir.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Mirəli Seyidov küçəsində baş verib.
Uşaq təcili tibbi yardımla Kliniki tibbi mərkəzə çatdırılıb.
Klinik Tibbi Mərkəzdən "Xəzər Xəbər"ə bildirilib ki, kişi cinsindən olan 2 nəfər azyaşlı it dişləməsi səbəbi ilə Mərkəzə hospitalizasiya edilib.
Hər iki azyaşlının bədənində lokal xarakterli cırılmış yaralar müəyyən edilib, quduzluq əleyhinə vaksin vurulub. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir və ambulator müalicə üçün evə buraxılıblar.
Yasamal Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, məsələ araşdırılacaq.
Oxşar xəbərlər
Qanlı Yanvarın həkim şahidi vəfat etdi
Azərbaycanda həkim Mirnizam Vahabov vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. M.Vahabovun ölüm səbəbi açıqlanmayıb. Qeyd...