İtkin-şəhid Dəyanət Musayev dəfn edilib
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Dəyanət Musayev dəfn olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, onun nəşinin qalıqları Ucar rayonunun Boyat kənd qəbiristanlığında dəfn olunub.
Dəfn prosesi hərbi orkestrin müşayiəti və yaylım atəşi altında həyata keçirilib.
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Dəyanət Musayevlə vida mərasimi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, mərhumla vida mərasimi Ucar rayonunun Boyat kəndində olub.
Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Nəşin qalıqları vida mərasimindən sonra dəfn olunması üçün Boyat kənd qəbiristanlığına aparılacaq.
Qalereya
Oxşar xəbərlər
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Əhm...