İsmayıllıda ağır yol qəzası olub, xəsarət alanlar var

İsmayıllıda ağır yol qəzası olub, xəsarət alanlar var
Hadisə 70

İsmayıllı rayonunda baş verən ağır yol qəzasında yeddi nəfər xəsarət alıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə İsmayıllı-Qaraməryəm yolunun Aşıq Bayram gölünün yaxınlığından keçən hissəsində qeydə alınıb.

Belə ki, "Range Rover" və "Ford" markalı avtomobillərin toqquşması nəticəsində maşınlarda olan yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İlkin məlumata görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Salyanda 4 yaşlı uşağı əqrəb sancıb

Salyanda 4 yaşlı uşağı əqrəb sancıb

Salyan rayonunda 4 yaşlı uşağı əqrəb sancıb. "Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 201...

26 Hadisə 23:47 19 sentyabr 2024

Son xəbərlər