İsmayıllıda ağır yol qəzası baş verib, ölən var
02
noy
2025
12:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllıda ağır yol qəzası baş verib, ölən var.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Buynuz kəndi ərazisində qeydə alınıb.
Belə ki, Vüsal Rubilzadənin idarə etdiyi "Kia" və Zeynəddin Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...