İşğaldan azad edilənərazilərdə yanğın söndürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Ağdam və Xocavənd rayonları ərazisində başlayan yanğınlar tam söndürülüb.
Xocavənd rayonun Çörəkli və Ağdam rayonunun Novruzlu kəndləri ərazisində baş verən yanğının Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları tərəfindən geniş ərazilərə yayılmasının qarşısı alınıb və tam söndürülüb.
Hazırda tüstülənmə müşahidə olunan yerlərdə qabaqlayıcı tədbirlər görülür.
***09:00
Azərbaycanın işğaldan azad edilən daha bir rayonunda şiddətli yanğın başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Xocavənd rayonun Çörəkli kəndi ərazisindəki meşə massivi yanır.
Alovun geniş əraziyə yayıldığı müşahidə olunur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və texnikaları cəlb edilib.
Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.
Qeyd edək ki, Ağdam rayonu ərazisində də güclü yanğın başlayıb.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...