İranlı narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından müxtəlif növ narkotik vasitələr alan əvvəllər məhkum olunmuş Rövşən Bağırov saxlanılıb.
Bildirilib ki, adıçəkilən şəxsdən 1 kiloqrama yaxın marixuana və 350 qram heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...