İranın Qərbi Azərbaycan vilayətinə raket zərbələri endirildi
İranın Qərbi Azərbaycan vilayətinə raket zərbələri endirilib. Bölgənin böhran vəziyyətləri idarəsinin rəhbəri Hamed Səfəri mərminin qeyri-yaşayış ərazisinə düşdüyünü bildirib. Ölən və ya yaralananlar barədə xəbər verilməyib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, daha sonra İran mediası hücumun ABŞ tərəfindən həyata keçirildiyi barədə məlumat yayıb. Raket zərbəsinin hədəfi sözügedən vilayətdə yerləşən Piranşəhr şəhəri olub.
ABŞ-İran münaqişəsinin növbəti kəskinləşməsi iyulun 8-də başlayıb. Birləşmiş Ştatların silahlı qüvvələri Vaşinqtonla Tehran arasında memorandumun imzalanmasından bəri ilk dəfə Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olaraq İslam Respublikasının ərazisinə bir neçə zərbə endirib.
Oxşar xəbərlər
Ticarət mərkəzinin yanından keçən kişinin üzərinə daş düşdü: Problemi kim həll etməlidir?
Güclü külək Bakıda bədbəxt hadisəyə səbəb olub. Baku TV xəbər verir ki, Xətai rayonunda yerləşən "Amay" ticarət mərkəzinin fasadından qopan aqlay daşı ərazidən...