İntim videolarla məşhurlaşan Zaur azadlığa çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlikdəki xidməti otağında çəkdiyi intim videolar yayıldıqdan sonra həbs edilən polkovnik Zaur Mirzəyev azadlığa çıxıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, o, bir az əvvəl əvvəl saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsindən azad edilib.
Zaur Mirzəyev bir neçə ay əvvəl vaxtından tez cəzasının qalan hissəsini şərti çəkməsini istəsə də, məhkəmə buna icazə verməmişdi. Bu gün o, vəzifə səlahiyyətlərini aşma və nüfuz alveri cinayətləri ilə bağlı aldığı 3 il 3 aylıq həbs cəzasını günə-gün başa vurub.
Qeyd edək ki, Z.Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olub. Onun xidməti otağında bir neçə qadın əməkdaşla çəkilmiş intim videolar uzun müddət ölkə gündəminin əsas müzakirə mövzularından biri olmuşdu.
Oxşar xəbərlər
58 yaşlı kişini maşın vurub öldürdü
Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səli...