İmişlidəki qəzada ölən məktəbli bir yaşında anasını itiribmiş
İmişlidə baş verən qəzada xəsarət alan məktəbli Bakıda xəstəxanada dünyasını dəyişib.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, 26 fevral 2015-ci il təvəllüdlü Məhbubə Coşqun qızı Əlizadə bu gün doğulduğu Yalavac kəndində dəfn olunacaq.
Məhbubə ailədə 5 uşaqdan sonuncusu idi.
Onun anası Vahidə Ənvər qızı Əlizadə Məhbubənin hələ bir yaşı tamam olmamış - 2016-cı il fevralın 10-da xəstəlikdən vəfat edib.
Xatırladaq ki, Dövlət Yol Polisi əməkdaşının idarə etdiyi avtomobil xidmətə gedən zaman qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində yol kənarında olan uşaqlara dəymişdi. Hadisə yerində 2 nəfər ölmüş, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan gömrükçüləri 140 ədəd müxtəlif markalı mobil telefon aşkar edib
Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində "Mazımqara" gömrük postuna daxil olmuş yük nəqliyyat...