İmişlidə zəhərlənənlərin sayı 59-a çatıb
İmişlidə zəhərlənmə ilə bağlı daha dörd nəfər xəstəxanaya müraciət edib.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, sentyabrın 24-də zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i uşaq olmaqla 25-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
Xatırladaq ki, sentyabrın 23-də toyda kütləvi zəhərlənmə baş verib.
Oxşar xəbərlər
Milli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı cinayət işi başlanıb
Səhiyyə Nazirliyinin "Milli Onkologiya Mərkəzi"nin partlayışın baş verməsinə dair Yasamal rayon prokurorluğuna məlumat daxil olub. BAKU.WS xəbər verir ki. ilkin...