İmişlidə I Qarabağ müharibəsinin itkin-şəhidi Elçin Heydərov dəfn edilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Elçin Heydərov dəfn edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Ağaməmmədli kənd qəbiristanlığında torpağa tapşırılıb.
*** 13:22
İmişli rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Elçin Heydərovla vida mərasimi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, İmişli rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Elçin Ağamməd oğlu Heydərov 1971-ci il oktyabrın 1-də İmişlinin Ağaməmmədli kəndində anadan olub. 1994-cü il yanvarın 12-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
E.Heydərov doğulduğu kənddə dəfn ediləcək.
Qalereya
Oxşar xəbərlər
Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb
Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. BAKU.WS "Report"a istin...