İmişlidə çörək emalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırıldı

İmişlidə çörək emalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırıldı
Foto
Hadisə 44

İmişli şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən, Kamil Vırıcıxan oğlu Məhərrəmova məxsus çörək emalı müəssisəsində yoxlama keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı müəssisədə bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, emal sahəsində divar səthləri təmirsizdir və dezinfeksiyaya davamlı materialdan hazırlanmayıb, xəmirin hazırlanmasında istifadə edilən avadanlıqlar korroziyaya uğrayıb, qida məhsulu ilə təmasda olan masa, alət və avadanlıqlar təmiz saxlanılmır, temperatur rejiminə əməl olunmur, emal prosesində istifadə olunan su filtrasiyadan keçirilmir, müvafiq təmizlik işləri görülmür, işçilər xüsusi geyimlə təmin edilməyiblər və digər tələblər pozulub.

Faktla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, çörək emalı müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Son xəbərlər