Hövsanda 31 yaşlı kişi qətlə yetirilib
20
avq
2025
19:19
Suraxanı rayonunda qətl hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, avqustun 20-də saat 18 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində 31 yaşlı Rasim Lariyonov münaqişə zəminində bıçaqla qətlə yetirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini 47 yaşlı Emil Hüseynov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Abşeronda qanlı insident: Baş həkimin müavini bıçaqlandı
Abşeronda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Baş həkimin müavi...