Honkonq-Bakı reysi raket atəşi altına düşdü

Honkonq-Bakı reysi raket atəşi altına düşdü
Hadisə 1755
 

Honkonq-Bakı marşrutu ilə uçan təyyarə atəş altına düşüb. Çindən buraxılmış ballistik raket düz onun üstündən uçub.

BAKU.WS Virtualaz.org-a istinadən bildirir ki, raketin işə salınması və buraxılması anını yük təyyarəsi "Boeing 747-8 Freighter”in holland pilotu Kristian van Xeyst çəkib. Nəşr yazır ki, həmin anda o, Honkonqdan Bakıya (Azərbaycan) uçurmuş.

Hadisə bazar günü, iyulun 23-də layner Himalayın üstündən uçarkən baş verib. Pilotun sözlərinə görə, raket buraxılarkən onun təyyarəsi həmin yerdə tək olub.

"Biz bilirdik ki, Çin hava məkanının bizim marşrutumuzdan şimala və cənuba olan hissəsi bağlanıb, amma bizə bildirməmişdilər ki, raket buraxılışı gözlənilir, ona görə bu hadisə bizi, necə deyərlər, qəflətən yaxaladı”, – van Xeyst vurğulayıb.

Sonradan məlum olub ki, raket van Xeystin təyyarəsinin uçuş trayektoriyasından şimala qadağan edilmiş zonadan buraxılıb. "Raket bizim üstümüzdən uçdu. "Həyatda bunu görmək və o hissləri keçirmək yalnız bir dəfə ola bilər”, – deyə pilot qeyd edib.

BAKU.WS

Son xəbərlər