Rusiyanın "hərbi canavarları" (FOTO)
Rusiya istehsalı olan ən yaxşı hərbi təyyarələrin görüntüləri yayılıb.
BAKU.WS-in məlumatına görə, ağır hərbi nəqliyyat təyyarəsi "İl-76" təchizat və müxtəlif məqsədli yükün daşınması üçün nəzərdə tutulub. SSRİ-nin ilk turbo mühərriklərə sahib olan hərbi nəqliyyat təyyarəsi sayılır.
İki kreslolu supersonik uzun mənzilli hərbi təyyarəsi "MiQ-31" SSRİ-nin ilk 4-cü nəsil döyüş təyyarəsidir.
Supersonik və dəyişən həndəsi quruluşa sahib olan strateji bombardman və raket daşıyıcı məqsədli Tu-160 təyyarəsi dünyanın ən ağır döyüş təyyarəsi olaraq qəbul edilir.
Yeni çox məqsədli "Su-30 M2" təyyarəsi yüksək manevr qabiliyyətinə sahib təyyarə öz nəslinin inkişaf etdirilmiş versiyasıdır.
Bombardman və raket daşıyıcı "Tu-96MS" təyyarəsi dünyanın ən sürətli pərvanəli hava vasitəsidir. Günün hər saatında və hər hava şəraitində düşmənin arxa cəbhəsində qalan müəssisələri mərmilərlə vurmaq üçün nəzərdə tutulub.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan hərbi təyyarələr alır (VİDEO)
Azərbaycan Ukraynadan yeni təyyarələr alacaq. BAKU.WS xəbər verir ki, bu barədə "İnterfaks” agentliyi xəbər yayıb. Məlumata görə, Ukrayna dövlət müəssisəsi...