Hökümənin anası: "Hər zaman deyirdi ki, mənimlə fəxr edin"
"Hökümənin həlak olduğunu atası dedi. Hökümə 6-cı sinfə qədər Rusiyada oxuyub, Vətəni çox istəyirdi. Sonra Vətənə qayıtdıq, ali təhsil aldı, hüquqşünas oldu".
BAKU.WS xəbər verir ki, bunu APA-ya AZAL-ın qəzaya uğrayan təyyarəsinin həlak olan ekipaj üzvü Hökümə Əliyevanın anası Kəmalə Alıyeva bildirib.
O, Hökümənin 2016-cı ildən AZAL-da çalışdığını deyib: "Hökümə çox gülərüz idi. Əksər ölkələrdə olmuşdu. Hər zaman deyirdi ki, mənimlə fəxr edin. Bir dəfə səfərdən dönəndə dedi ki, az qala təyyarə qəza edəcəkdi… Bu dəfə qəza oldu, qızım xilas ola bilmədi".
Qeyd edək ki, 1991-ci il təvəllüdlü Hökümə Əliyeva əslən Kəlbəcər rayonundandır. BDU-nun Hüquq fakültəsinin məzunu olub.
Oxşar xəbərlər
Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub
Azərbaycan vətəndaşı Vüsal Şahmalı oğlu Məmmədovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Rusiya Baş Prokurorluğu təmin edib. BAKU.WS xəbər verir...