Hisə verilmiş balıqların istehsalı sexində nöqsanlar aşkarlandı, sahibkar cəzalandırıldı
Göygöl rayonunun Quşqara kəndində fəaliyyət göstərən, "Okeanus" MMC-yə məxsus hisə verilmiş balıqların istehsalı sexində yoxlama keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, istehsal obyekti qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan qanunsuz fəaliyyət göstərir. Həmçinin sexdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyət tələblərə cavab vermir.
Müəssisəyə baxış zamanı məhsulların çeşidlənməsi, qurudulması və paketlənməsi üçün sahələrin təşkil edilmədiyi, işçi masaların korroziyaya davamlı materialdan təşkil olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, suyun filtrdən keçirilmədən istehsalata yönəldildiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək istehsal sexinə məhdudiyyət tətbiq olunub, icrası məcburi göstərişlər verilib.
Qalereya
Oxşar xəbərlər
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxsin ölüm səbəbi bilindi
Cəlilabadda qardaşı uşaqlarını baltalamaqda təqsirləndirilən Əli Nağıyevin ölüm səbəbi məlum olub. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Respublika Neyrocə...