Həzi Aslanova ağır itki

Həzi Aslanova ağır itki
Hadisə 502

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanova ağır itki üz verib.

BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, generalın anası İffət Aslanova Mütəllim qızı uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında 77 yaşında dünyasını dəyişib.

Onun Bakıda II Fəxri xiyabanda dəfn olunacağı bildirilir.

Qeyd edək ki, Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun nəvəsidir. Mərhum İffət Aslanova isə onun gəlini olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər