Həzi Aslanov metrosu yaxınlığında baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, M.Hadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən BAKU.WS-ə bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 450 kv/m. sahədə qamışlıq ərazi yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
***15:18
Paytaxtın Xətai rayonu ərazisində yanğın başlayıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə rayonun Məhəmməd Hadi 63 ünvanında, Həzi Aslanov metrosu yaxınlığında qeydə alınıb. Artıq hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Sözügedən görüntüləri təqdim edirik:

Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...