Həyat yoldaşını gözəllik salonunda qətlə yetirib təslim oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda gözəllik salonunda qadın qətlə yetirilib.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 12:40 radələrində paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Qərib qızı Yusifovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Qeyd edilib ki, cinayət əməlini şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1980-ci il təvəllüdlü İsrafil Dursun oğlu Yusifov polisə gələrək təslim olub.
Araşdırma aparılır.
Oxşar xəbərlər
"Qayınatam dedi ki, əxlaqsızlıq edir, arvadına sahib çıx" - Rayondan gəlib arvadını... - ŞOK DETALLAR
2020-ci il iyunun 8-də Sumqayıt şəhəri 4-cü mikrorayon, Ağa Quliyev küçəsi, 29/4 nömrəli yaşayış binasının yanında bıçaqlanma hadisəsi baş verir. Belə ki, şəhər...