Həyat yoldaşını amansızlıqla qətlə yetirdi - MƏHKƏMƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə həyat yoldaşını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Zaur Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Dadaş İmanovun icraatında olan iş üzrə hazırlıq iclası iyunun 2-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Gəncə şəhəri Zülfi Hacıyev küçəsində baş verib.
Salyan şəhər sakini, 1986-cı il təvəllüdlü Zaur Vaqif oğlu Orucov Gəncə şəhər sakini 1995-ci il təvəllüdlü həyat yoldaşı Nuranə Quliyevanı şəxsi münasibətlər zəminində çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...