Hərəkətlərilə insanları təşvişə salan "Prius" sürücüsü saxlanıldı - Sən demə... - VİDEO/FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda "Toyota Prius" markalı avtomobilin sürücüsünün görüntüləri həyəcan doğurub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarovu BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, görüntülər əsasında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin sürücü paytaxt sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü İlham Qafarov müəyyən edilərək saxlanılıb.
Onun üzərindən narkotik vasitə heroin aşkar edilib.
Araşdırmalarla İ.Qafarovun narkotik vasitə aludəçisi olduğu və icarəyə götürdüyü avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.
Hazırda Nəsimi RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, ötən gün bu barədə ilk xəbəri BAKU.WS yazmışdı.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...