Hərbi qulluqçumuzun ölümü ilə bağlı cinayət işi başlanıldı

"Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Maqbet Xətai oğlu Məcidovun ölüm faktı əsasında Naxçıvan Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib".
BAKU.WS xəbər verir ki, fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib:
"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq".
***14:04
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.
Müdafiə Nazirliyindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Məcidov Maqbet Xətai oğlunun ölümünə səbəb ildırım sürətli vaskulit ilkin diaqnozudur.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
22 saylı məktəbdə kişi gözətçi xadiməçiyə yumruq vurub?
Məktəbdə gözətçi ilə qadınlar arasında insidentin yaşandığı iddia olunur. Hadisə Sumqayıtda baş verib. BAKU.WS xəbər verir ki, "Xəzər Xəbər"in vatsapp nömrəsin...
