"Hell energy"nin tədbirində biabırçılıq - yüzlərlə insan içəri buxarılmadı (VİDEO)

Hell energynin tədbirində biabırçılıq - yüzlərlə insan içəri buxarılmadı (VİDEO)
Video
Hadisə 12901
"Hell energy"nin 23 sentyabrda baş tutan tədbirində xoşagəlməz hadisə baş verib. BAKU.WS-in məlumatına görə, "Elektra Events Hall"da baş tutacaq "Strong Focus Party"ə gələnlərin bir qismi buraxılmayıb. Əlində bilet yüzlərlə insan çətin vəziyyətdə qalıb. Redaksiyamıza müraciət edən paytaxt sakinləri tədbir keçirilən ərazidəki vəziyyət barəsində məlumat verib: "Bizə pulsuz bilet paylayıblar. Dedilər ki, konsert olacaq. Məşhur müğənnilərin iştirak edəcəyi deyilirdi. 2 saat bizi çöldə gözlətdilər, amma sonradan dedilər ki, zalda yer yoxdu. Heç bir təşkilatçı da bizə cavab vermir". Qeyd edək ki, 23 sentyabrda Elektra Events Hall-da "Strong Focus Party" də Ozan Doğulu, Ece Seçkin, Seeya, Dj Mansur kimi məşhurlar iştirak edib. NazimBAKU.WS

Son xəbərlər