Helikopterin qəzaya uğradığı ərazinin görüntüləri - VİDEO, FOTOREPORTAJ

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
BAKU.WS xəbər verir ki, “Report” hadisə yerindən görüntüləri yayıb.
Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
Foto: Vüqar Xanlarov
Qalereya

Oxşar xəbərlər
"Qaraheybət"dəki helikopter qəzası ilə bağlı daha bir RƏSMİ AÇIQLAMA
Xəbər verildiyi kimi, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğramışdır. Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə...