Həftəsonu toylara görə daha 43 nəfər cərimələnib

Həftəsonu toylara görə daha 43 nəfər cərimələnib
Hadisə 55

Noyabrın 20-21-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 1 233 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, monitorinq 1 192 şadlıq sarayında, 41 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 43 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 76 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər