198 toyda 65 nəfər cərimələnib - 1059 nəfər şənliyə buraxılmayıb - VİDEO

23-24 oktyabr tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 198 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, monitorinq 142 şadlıq sarayında, 56 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 65 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1059 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Oxşar xəbərlər
Bir gündə COVID-19 pasportu olmayan 63 nəfər şənliyə buraxılmayıb
Avqustun 18-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərind...
