Həbsdə olan Təranə Səmədovanın intihara cəhd etməsi xəbəri yayıldı
08
mar
2019
14:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkədə yayılan xəbərlərə görə, bir müddət əvvəl həbs olunan prodüser Təranə Səmədova cəzaçəkmə müəssəsində özünü ülgüclə doğrayaraq intihara cəhd edib. BAKU.WS məsələyə aydınlıq gətirmək üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ictimaiyyətlə əlaqələr şöbəsi ilə saxladı.Şöbədən bildirdilər ki, yayılan informasiyanın heç bir əsası yoxdur:"Hazırda Penitensiar Xidmətin əməkdaşları qadınların cəzaçəkmə müəssəsindədir. Orada xanım məhbusların bayramını təbrik etmək məqsədi ilə şənlik təşkil edilib. Həmin şənlikdə Təranə Səmədova da iştirak edir". Xatırladaq ki, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunan T. Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən Təranə Səmədova bəraət istəyir
İki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədova bəraət olunmasını istəyir. BAKU.WS report-a istinadən xəbər verir ki, Ali...