Təranə Səmədovanın qızından ürək dağlayan paylaşım - VİDEO

Təranə Səmədovanın qızından ürək dağlayan paylaşım - VİDEO
Video
Şou-biznes 4933

Hazırda həbsxanada cəza çəkən prodüser Təranə Səmədovanın qızı Suel İnstaqramda anası ilə bağlı ürəkləri dağlayan paylaşım edib. BAKU.WS xəbər verir ki, o, paylaşdığı videoya belə şərh verib:

"Məktəbimizdə olacaq bayram proqramında şeir söyləyəcəm. Sənsiz ilk bayramım olacaq, ana".

Balaca qızcığazın bu paylaşımı izləyiciləri tərəfindən məyus edib və ona təsəlli şərhləri yazıblar.

Xatırladaq ki, Təranə Səmədova iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib və Nərimanov rayon Məhkəməsinin hökmü ilə bir il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS

Son xəbərlər