Bakıda fahişəliklə məşğul olan qadınlar baş verənlərdən danışıb

Bakıda fahişəliklə məşğul olan qadınlar baş verənlərdən danışıb
Hadisə 5982

Bakıda 11 qadını fahişəliyə cəlb edən şəxs barəsində cinayət işi başlanılıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, həmin qadınlar hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edərək Pərviz Məmmədov adlı şəxsin onları fahişəliyə cəlb etdiyini deyiblər.

Daha sonra P.Məmmədov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 19-na təyin edilib.

BAKU.WS

Son xəbərlər