Azərbaycanda vəzifəli şəxs barədə cinayət işi başlandı

Azərbaycanda vəzifəli şəxs barədə cinayət işi başlandı
Hadisə 1498
Aqroinvest Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İdarə Heyətinin sədri Əhmədov Əyyub Əlihüseyn oğlunun barəsində cinayət işi başlanılıb.BAKU.WS xəbər verir ki, bu barədə “report" məlumat yayıb. Verilən informasiyaya görə, Əyyub Əhmədov MMC-nin 470 min manat pulunu mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.Ə.Əhmədova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.İstintaq dövründə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.Ə.Əhmədovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası avqustun 21-nə təyin edilib.Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.Qeyd edək ki, Aqroinvest Kredit İttifaqı Azərbaycan Mərkəzi Bankınin 2001-ci il tarixli daimi lisenziyasina əsasən yaradılıb. Aqroinvest Kredit İttifaqı MMC kimi 6 aprel 2001-ci ildə İmişli şəhərində təsis olunub.BAKU.WS

Oxşar xəbərlər

Bakıda həkim həbs edildi

Bakıda həkim həbs edildi

Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı mərkəzin daha bir həkimi cinayət...

3284 Hadisə 14:00 14 avqust 2018

Son xəbərlər