Bakıda mənzilləri bir neçə şəxsə satılan sakinlər aksiya keçirdi (VİDEO)

Bakıda mənzilləri bir neçə şəxsə satılan sakinlər aksiya keçirdi (VİDEO)
Video
Hadisə 1405

Bu gün Bakıda bir qrup vətəndaş aksiya keçirib.

BAKU.WS-in məlumata görə, hadisə Binəqədi rayonu, Atatürk prospekti 3078 ünvanında, AMAY şirkətinin tikdirdiyi mənzillərin qarşısında baş tutub. Sakinlər mənzillərin bir neçə nəfər satılmasından, onlara dəyən ziyanın ödənilməməsindən şikayətləniblər. Qeyd edək ki, AMAY-ın rəhbəri Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədir. A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə "Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib. İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan "Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu "A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

MTN-in xanım generalı ev dustağı edildi

MTN-in xanım generalı ev dustağı edildi

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) Əməliyyat-Texniki İdarəsinin sabiq rəisi, general-mayor Natəvan Mirvətova barəsində başqa yerə getməmək haqqında...

1472 Hadisə 12:39 26 noyabr 2015

Son xəbərlər