Hava limanında sərnişinin pulunu oğurladılar - QƏRİBƏ HADİSƏ (VİDEO)
04
fev
2018
10:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı fəal Bəxtiyar Hacıyevin Honq Konqda başına qəribə hadisə gəlib. BAKU.WS-in məlumatına görə, B.Hacıyev bu barədə Facebook-da yazıb. "Bu gün İstanbuldan Honq Konqa uçurdum. Əl çantamda, içəri ciblərdən birində, zərfin içində hər ehtimala qarşı (kart itsə, nəğd lazım olsa) nəğd pul saxlayırdım. Honq Konqa çatdım, gömrükdə X-raydan keçirdilər. Çıxdım hava limanından. Əlimi atdım həmin iç cibə, zərfi götürdüm ki, azca nəğd pul dəyişim, mərkəzə gedim. Baxdım ki, zərfin içində pul əvəzinə, pul kimi kəsilmiş sarı kağızlar var ancaq. Bir də, 4 dənə 1 dollarlıq saxlayıblar mənə, daha yuxarıları (10,20,50, 100) götürüblər. Polis gəldi, kameralara baxdıq, gördüm gömrüklük deyil. Polislər dedilər ki, o tərəflərə uzun sürən reyslərdə oğrular başqalarının əl baqajlarını açırlar, nəğd pul və dəyərli əşyalarını götürürlər. Uzun reyslərdə hamı yatdığı vaxtlarda gəlib, sanki öz baqajını götürürmüş kimi götürüb, oğurluq edirlər". Bəxtiyar Hacıyev sosial şəbəkə vasitəsi ilə xarici ölkələrdə səfərdə olan vətəndaşlara diqqətli olmağı tövsiyyə edir. NazimBAKU.WS
Oxşar xəbərlər
Azərbaycan bu da oldu: oğurladığı qızılı banka girov qoyub kredit götürdü (VİDEO)
Şəmkirdə qızıl oğrusu saxlanılıb.ARB TV xəbər verir ki, Şəmkir rayon sakini Zinyət Hüseynli rayon polis şöbəsinə müarciət edərək sentybar ayının 6-da yaşadığı m...