Hafiz Hacıyev xəstəxanaya yerləşdirilib

Hafiz Hacıyev xəstəxanaya yerləşdirilib
Hadisə 1312

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problemlər yaranıb.

BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a Hafiz Hacıyevin özü məlumat verib.

O bildirib ki, ürəyində problemlər var və bir neçə gündür xəstəxanadadır.

“Mən həkim nəzarəti altındayam. Hazırda xəstəxanadayam. Səhhətimdə yaranan problemlə əlaqədar çox danışa bilmirəm”, - deyə Hafiz Hacıyev söyləyib.

Xatırladaq ki, Hafiz Hacıyev Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi üzrə namizəd idi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər