Hacıqabulda ağır qəza: Yaralıların son durumu AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabulda baş verən avtoqəzada 7 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumata görə, 02.01.2025-ci il tarixində Hacıqabul rayon Qədirxum ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 7 nəfər (4 kişi, 3 qadın cinsli) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlardan 4-ü azyaşıldır.
Hər birinə lazımı tibbi xidmətlər göstərilib.
Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
***17:27
Hacıqabulda baş verən yol qəzasında yaralıların sayı 7 nəfərə çatıb.
Bu barədə "Report"un Aran bürosu məlumat verib.
***17:12
Hacıqabulda yol qəzası baş verib, beş nəfər xəsarət alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının şəhərin Qədirxum istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı avtomobil "Mersedes" markalı avtomobilə və daha sonra digər maşına çırpılıb. Qəza nəticəsində Sabirabad rayon sakinləri, 2016-cı il təvəllüdlü Qəhrəmanov Yusif Zamin oğlu, 2014-cü il təvəllüdlü Sarıyev Elgün Eldəniz oğlu, 1991-ci il təvəllüdlü Sarıyev Günel Əliağa qızı, 2008-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...