Hacıqabulda üç nəfərin ölümünə səbəb olan qəzanın ANBAAN GÖRÜNTÜSÜ
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsinin daha bir videogörüntüsü yayılıb.
BAKU.WS Oxu.az-a istinadən yanvarın 2-də rayon ərazisində Bakı-Qazax magistral yolunun Hacıqabul rayonundan keçən hissəsində VAZ-2107 markalı avtomobilin "Mercedes" markalı nəqliyyat vasitəsinə, daha sonra digər avtomaşına çırpılmasının anbaan görüntülərini təqdim edir:
***10:10
Hacıqabulda baş verən yol qəzasında ölənlərin sayı üçə çatıb, dörd nəfər xəsarət alıb
BAKU.WS report-a istinadən xəbər verir ki, yanvarın 2-də rayonda baş verən zəncirvari qəza nəticəsində 1996-cı il təvəllüdlü Qəhrəmanova Aminə Fikrət qızı və 2008-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.
Qeyd edək ki, ötən gün axşam saatlarında Bakı-Qazax magistral yolunda Hacıqabul rayonundan keçən hissəsində baş verən zəncirvari qəzasında yeddi nəfər yaralanıb. Onlardan artıq üçü xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Göygöldə evdən meyit tapıldı
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvə...