Hacıqabulda qəza: Ana və qızları xəsarət aldılar

Hacıqabulda qəza: Ana və qızları xəsarət aldılar
Hadisə 2

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Atbulaq kəndi ərazisində qeydə alınıb.

Qadın sürücünün idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü həmçinin onun 11 və 13 yaşlı qız övladları müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər