Hacıqabulda ata və oğul kürəkən tərəfindən bıçaqlanıb

Hacıqabulda ata və oğul kürəkən tərəfindən bıçaqlanıb
Hadisə 134

Hacıqabulda bıçaqlanma hadisəsi qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Abdulabad kəndində baş verib.

Ailə münaqişəsi zəminində kürəkən Abdulabad kənd sakini, 1976-cı il təvəllüdlü Musa Novruzəli oğlu Hüseynovu və onun oğlu 1996-cı il təvəllüdlü Gündüz Musa oğlu Hüseynovu bıçaqlayıb.

Hər iki yaralı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər