Hacı Mazanın son durumu ilə bağlı açıqlama

02
iyl
2019
18:43
Bu gün Neftçalada ağır yol qəzası nəticəsində xəsarət alan Hacı Mazan ləqəbi ilə tanınan iş adamı Ramazan Zeynalov Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına gətirilib.BAKU.WS-in məlumatına görə, Universitetin mətbuat katibi Günel Aslanova Oxu.Az-a bildirib ki, xəstə klinikaya gətirilərkən vəziyyəti ağır olub:“Ramazan Zeynalov bədənin çoxsaylı sınıqları ilə klinikaya daxil olub. Artıq üzərində cərrahiyyə əməliyyatı başa çatıb”.O, hazırda Hacı Mazanın reanimasiya bölməsində klinikanın Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirlinin nəzarəti altında olduğunu, vəziyyətinin stabil olduğunu deyib.
Oxşar xəbərlər
Hacı Mazanın düşdüyü qəzadan görüntülər - VİDEO (YENİLƏNİB)
BAKU.WS bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunda baş verən qəzanın görüntüsünü eksklüziv olaraq əldə edib. Həmin görüntünü təqdim edirik: ***12:37...
